Azərbaycan Premyer Liqası: “Qarabağ” “Zirə”ni qəbul edəcək

26-09-2018, 07:50           
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Zirə”ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun təxirə salınmış “Qarabağ” – “Zirə” oyunu keçiriləcək.

“Report” xəbər verir ki, Ağdam komandasının Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus təmsilçisi BATE ilə cavab oyununa daha yaxşı hazırlaşması məqsədi ilə təxirə salınmış görüş “Azərsun Arena”da baş tutacaq.

Hazırda 2-ci pillədə qərarlaşan “Qarabağ” qalib gələcəyi halda xalını 13-ə çatdıracaq və lider “Neftçi”yə şərik olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv indiyi qədər qəsəbə komandasına qarşı keçirdiyi 12 oyunun heç birində uduzmayıb – 9 qələbə, 3 heç-heçə. Ağdamlılar evdəki son 5 qarşılaşmada qol buraxmayıb.

“Zirə” Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra üçüncü oyununa çıxıacaq. Lakin 39 yaşlı mütəxəssis cəzalı olduğu üçün texniki zonada yer almayacaq. “Qartallar” hazırda 1 xalla sonuncu – 8-ci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

I turdan təxirə salınmış oyun

26 sentyabr (çərşənbə)



20:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Azər Əsgərov, Xəlil Xəlilov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Bakı. “Azersun Arena”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.