Ronaldunun anası zorlamada ittiham olunan oğlunun müdafiəsinə qalxıb

11-10-2018, 07:34           
Ronaldunun anası zorlamada ittiham olunan oğlunun müdafiəsinə qalxıb
Turinin "Yuventus" klubunun forvardı Kriştianu Ronaldunun anası Doloreş Aveyru zorlamada ittiham olunan oğluna dəstək çıxıb.

“Report” xəbər verir ki, bu barədə o, öz "Instagram" səhifəsində yazıb.

"Baxmayaraq ki, sən məndən uzaqdasan, hər şey qaydasında olacaq. Allah böyükdür", - deyə o yazıb.

Bundan əvvəl 34 yaşlı amerikalı qadın Ronaldunu ona qarşı cinsi təcavüz etməkdə ittiham edərək məhkəməyə verib. Onun bildirdiyinə görə, hadisə 2009-cu ildə Las-Veqasda olub. Bildirilir ki, 2010-cu ildə qız futbolçunun nümayəndələri ilə işin üstünün açılmaması üçün 375 min dollar müqabilində saziş imzalayıb. Lakin sentyabrda o, KİV-in dəstəyi ilə cinsi təcavüzə məruz qaldığını elan edib. Sonradan Las-Veqas polisi Ronaldunu sözügedən iş üzrə dindirilməyə çağırmağa hazırlaşdığını bildirib.

Xatırladaq ki, Ronaldunun anası Portuqaliyada yaşasa da, oğlu İtaliyada qalır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.