Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər

16-10-2018, 08:19           
Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər
Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaq və öz səfirliyini ora köçürtmək məsələsini nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun mətbuat xidməti onun avstraliyalı həmkarı Skott Morrisonla görüşündən sonra məlumat yayıb.

"Avstraliya hökumətinin rəhbəri mənə dedi ki, Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanımaq və Avstraliya səfirliyini Qüdsə köçürmək qərarını nəzərdən keçirir", — deyə məlumatda bildirilir.

Netanyahu həmkarına təşəkkürünü bildirib və iki ölkə arasında münasibətləri möhkəmləndirməyi davam etdirəcəyinə söz verib.

Bundan əvvəl Çexiya prezidenti Miloş Zeman ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülə biləcəyini istisna etməmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.