Təyyarə qəzası - Ölənlər var

16-10-2018, 08:23           
Təyyarə qəzası - Ölənlər var
Bazar ertəsi Səudiyyə Ərəbistanının şimal-qərbində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təlim-məşq təyyarəsi qəzaya uğrayıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, Britaniya istehsalı olan "Hawk" təyyarəsi Tabuk şəhərində 100 km məsafədə yerə düşüb. Əraziyə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub, lakin, məlumata görə, göyərtədə olan iki pilot ölüb.

Hadisə ilə bağlı rəsmi məlumat yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.