Həbib döyüşdən imtina etdi - Pulumu verməyəcəklər

16-10-2018, 08:26           
Həbib döyüşdən imtina etdi - Pulumu verməyəcəklər
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyuezerin Las-Veqasda döyüşmək barədə təklifindən imtina edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Həbib Nurməhəmmədov özünün İnstaqram səhifəsində məlumat yayıb. O, qonarar ödənmədiyini əsas gətirərək belə qərar verib.

Xatırladaq ki, ilk döyüş təklifi ilə Həbib Nurməhəmmədov çıxış etmişdi. 30 yaşlı Həbib Nurməhəmmədov oktyabrın 14-də videomüraciət yayaraq özü kimi karyerası dövründə bir dəfə də olsun uduzmayan Floyd Meyvezeri döyüşə dəvət etmişdi: “İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram. Sənin 50 qələbənə qarşı mənim 27 qələbəm! Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var, o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”.

Amerikalı boksçu Floyd Meyuezer cavab olaraq “CBS, Showtime və MGM Grand çek kitabçalarınızı hazır edin! Həbib mənə çağırış edib. Las-Veqası yenidən möhtəşəm edəcəyik!”, - deyə söyləmişdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.