“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi

16-10-2018, 10:11           
“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının növbəti iclası Moskvada keçiriləcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının MDB Məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib. O, iclasın oktyabrın sonunda baş tutacağını bildirib.

Kalaşnikov iclasın İrəvandan Moskvaya köçürülməsinə səbəb kimi Ermənistandakı növbədənkənar parlament seçkisini göstərib.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı KTMT-nin İrəvandakı iclasının Ermənistanın cəzalandırılması üçün ləğv edildiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.