Məhkəmə Günay İbrahimlinin sponsorunun əmlakına həbs qoyub

16-10-2018, 10:14           
Məhkəmə Günay İbrahimlinin sponsorunun əmlakına həbs qoyub
Məhkəmə müğənni Günay İbrahimlinin sponsoru olmuş Nuriyyə Əhmədovanın əmlakına həbs qoyub. Azerbaycanrealligi.com saytının məlumatına görə, buna səbəb müğənninin N.Əhmədova və Criminal.az saytının baş redaktoruna qarşı məhkəmədə qaldırdığı pul davasıdır.

G.İbrahimli Yasamal rayon Məhkəməsində iddia qaldıraraq Criminal.az saytında yayımlanmış yazılara görə saytın rəhbəri Anar Məmmədov və N.Əhmədovadan mənəvi zərərə görə 100 000 manat təzminat tələb edir.

Buna görə də, müğənninin vəkili Abbas Kərimbəyli Yasamal rayon Məhkəməsinə ərazə verərək N.Əhmədovanın əmlaklarının özəlləşdirilməsinin, girov qoyulmasının və ya başqa formada hüquqi statusunun dəyişdirilməməsi üçün həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş edib. Hakim Fuad Babayevin sədrliyi ilə keçirilən məhkəmədə N.Əhmədovanın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinə həbs qoyulması barədə qərardad çıxarıb.

N.Əhmədova Yasamal rayon Məhkəməsinin çıxardığı qərardaddan apellyasiya şikayəti verib. Bu səbəbdən müğənninin mənəvi ziyana görə qaldırdığı iddia üzrə iş qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Günay İbrahimlinin "Criminal.az” internet saytının səhifəsində şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən əsassız və böhtan xarakterli hesab etdiyi məqalələri təqdim edirik :

"Azərbaycanın ulduz müğənnisi anası ilə birlikdə "Bandotdel”ə aparılıb”"Biznes-ledi Günay İbrahimlidən Baş Prokurorluğa da şikayət etdi: O kimə və nəyə arxalanır? Rəşada?”"Müğənnini "Bandotdel”ə verən biznes-ledi: Eşitmişəm ki, Günayın arxasında o dayanır”"Günayın arxalandığı deyilən Rəşad yüksək vəzifəli dövlət adamının cangüdəni imiş... – Range Rover 004”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.