Ağsu da "silkələndi"

16-10-2018, 12:07           
Ağsu da "silkələndi"
Qobustan stansiyasından 26 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 08:27:57-də baş vermiş yeraltı təkanların gücü 3,4 bal təşkil edib.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 04:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Baş vermiş yeraltı təkanların gücü 3,3 bal təşkil edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.