“Bu evlərin heç biri qanunsuz deyil” - Fotolar

16-10-2018, 12:28           
“Bu evlərin heç biri qanunsuz deyil” - Fotolar
"24 ildir burada yaşayıram. Həm mənim, həm də qonşularımın evinin, torpağın sənədləri tam qaydasındadır".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Badamdarda baş verən sürüşmə ərazisində evi olan Fərid Axundov deyib.

O bildirib ki, ərazidə kanalizasiya sistemi yoxdur:

"2013-cü ildə sürüşmə daha çox idi, o vaxt 7 quyu qazıldı. Həmin quyular 2 ildir ki, təmizlənməyib. Şambolardakı sular ildə ən azı 203 dəfə maşınlarla daşınıb. Sadəcə yeraltı qrunt sular heç bir nasos işləmədiyindən bu vəziyyətə düşüb.

Bir daha deyirəm ki, burdakı heç bir ev qanunsuz deyil. Sənədsiz kim mülkə pul qoyar? Hələ ki, bizə yaxınlaşan, evlərə baxan olmayıb. Aşağıdan baxıb gedirlər. FHN-də də, İcra Hakimiyyətində də sənədlərimiz var”.

Ev sahibi daha sonra qeyd edib ki, suyun çəkilməsi üçün qazılan quyulara qoyulan nasoslara görə işıq borcu yaranıb və "Azərişıq" elektrikin verilməsini dayandırıb: "Buna görə də quyular fəaliyyətsiz qalıb".

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.