Bu məmurların maaşına xitam verildi – RƏSMİ AÇIQLAMA

16-10-2018, 12:38           
 Bu məmurların maaşına xitam verildi – RƏSMİ AÇIQLAMA
Bir neçə ay öncə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bəzi deputatlara yüksək vəzifə verilib. Sərəncəma əsasən onlar milli məclisdəki yerini tərk edərək yeni vəzifələrinin icrasına başlayıblar.

Ancaq məmur təyin olunan sabiq deputatların hələ də deputat maaşlarını alıb-almaması sual doğrur.

Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev Unikal.org-a açıqlamasında bildirib ki, prezidentin sərəncam verdiyi gündən onların deputat maaşına xitam verilib.

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamına əsasən Qaçqınların və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təyin edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.