Maliyyə naziri Samir Şərifova ağır ittiham - 400 milyon manat mənimsəməyə görə

19-10-2018, 00:00           
Maliyyə naziri Samir Şərifova ağır ittiham - 400 milyon manat mənimsəməyə görə
"Bakı Lift-Təmir” İstehsalat Birliyinin işdən qovulan sabiq rəisi Qüdrət Şükürova cinayət işi açılması Maliyyə Nazirini də bitirir.

Qüdrət Şükürovun dövlət vəsaitlərini talamasına nazirliyin göz yummasının hesabı nazirdən sorulur.

Bu cinayət işi ilə bağlı iki nəticəyə gəlmək olar: ya nazirlik göz yumaraq sabiq baş liftçi ilə əlbir olub, ya da səhlənkarlığa yol verlib-hər ikisi cinayətdir.

kinci versiya inandırıcı görünmür. Ona görə də deputat Aqil Abbas çox haqlı olaraq, keçmiş məmurun 400 milyon manat yeyintiyə yol verməsinə görə, Maliyyə Nazirliyini günahlandırıb.

O deyib ki, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməsidir:“Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var.

Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Administrasiyasından tutmuş dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır.

Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini guya, görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar”.

Deputatın maliyyə nazirini hədəfə almasının səbəbləri sıradan deyil. İddialara görə, dövlət başçısı nazir Samir Şərifova bərk qəzəblidir. Bu, ikinci xoşagəlməz haldır və ölkənin adı beynəlxalq korrupsiyada hallanır.



Sabiq bankir Cahangir Hacıyevin ölkədən milyardlar çıxarması, Beynəlxalq Bankda baş verənlərə görə, Samir Şərifovun o zaman hədəfə çıxarılması nazirin vəzifədən çıxarılması təhlükəsini yaratmışdı. Nazirin adı, hətta üç ölkənin agenti kimi hallanırdı. Bir müddət sonra ara sakitləşdi və nazir gündəmdən çıxdı. İndi o, yenidən maliyyə skandalı ilə bağlı diqqət mərkəzinə düşüb. Deputat haqlı oalraq soruşub ki, Qüdrət Şükürov 400 milyon mənimsəyəndə nazirlik hara baxırmış. İndi bir idarə müdiri, bir çinovnik belə 10 min manat yağmalayanda nazirliyin xəbəri olur, o ki qaldı 400 milyonluq maxinasiyalardan söhbət getsin. Maliyyə Nazirliyinin bu cür ağır cinayət ittihamının altından ənənəvi qaydada çıxacağı da gözləniləndir. Sadəcə, xəbər dolaşır ki, prezident S.Şərifova möhkəm qəzəblidir və Şükürov işində nazir postunu itirə bilər. Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının yarıtmaz fəaliyyətinin sonu olduğu kimi, Maliyyə naziri Samir Şərifovun da vəzifədə son akkordları olduğunu təxmin edənlər var. Ekspertlər manatın devalvasiyası, maliyyə-bank sistemində sabitliyin pozulmasında S.Şərifovun da xidməti olduğunu vurğulayırlar.



Bunun davamı olaraq Beynəlxalq bank işi, Cahangir Hacıyevin məhkəmədə onu ittiham eləməsi, üç ölkəyə agentlik etdiyi barədə səslənən sensasion bəyanatlar S.Şərifovun vəziyyətini ağırlaşdırmışdı. Daha sonra isə, nazirin oğlunun cins it saxlaması xəbəri Türkiyə mediasında yayımlandı. Bu dəfə isə hakimiyyətə növbəti 400 milyon manat kələk gəlmək istəyən Qüdrət Şükürova görə, maliyyə naziri tikdiyi torbaya özü düşüb. Cahan.info yada salır ki, nazir Samir Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxlaması mətbuatın fantaziyası deyil. Bunu it fermasının sahibi Birol Başyiğit da təsdiqləyib. Nazir balasının poyraza nə qədər pul xərclədiyini söyləmək isə hələlik çox çətindir. Lakin onun bəslənməsi, qidalanması, çobanın zəhmət haqqısını hesablayanda S.Şərifovun övladının hansı harın həyat tərzi sürdüyünü təsəvvür etmək çətin deyil. Oğul nazir atasının maliyyə əməliyyatlarından, valyuta oyunlarından, Beynəlxalq Bank maxinasiyalarından çırpışdırdığı pulları Türkiyədə it fermasının saxlanmasına sərf edir!!!



Mətbuatda və sosial şəbəkələrdə ölkənin maliyyə sistemini pozması, manatı məhv etməsi, yanlış valuya siyasəti yürütməsi barədə tənqidlər, sanki Samir Şırifov üçün adi arı sancması qədər adidən adi hadisədir.

Deyilənə görə, nazir üç ölkənin agenti ittihamından və sorğu-sualından MTN işi hesabına “Böyük qardaş”a xidmət etməklə, qurtula bilib. Hətta naziri qəti narahat etmir ki, manat barəsində ona ünvanlanan tənqidlər onun üçün hər hansı problem yarada bilər.



Hətta Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinin kurs yoldaşı olmuş Yuri Şvetsin maliyyə nazirini “Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarının agenti” adlandırması da narahat etmir…

Yuri Şvetsin müsahibəsindən yalnız bir sitatı oxumaq kifayətdir ki, S.Şərifov haqqındakı ittihamın ağırlığını duyasan: “Əldə olunan məlumatlar Rusiya kəşfiyyatına bu nəticəyə gəlməyə imkan verib ki, onların çoxdankı agenti, Azərbaycanın maliyyə naziri Samir Şərifov əslində üçqat agent olub və bəzən paralel olaraq, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına da işləyib. Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı 1989-1990-cı illərdə Cənubi Yəməndə işlədiyi vaxtlardan ələ alıb. Sonradan o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələndirilib və o vaxtdan vacib informasiya mənbəyi və təsir agenti kimi, Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb”.



Maliyyə nazirinin hansı ölkənin casusu olub-olmaması müvafiq orqanların araşdırma mövzusudur. SSRİ DTK-nin keçmiş əməkdaşının verdiyi müsahibəsində kankret faktlar, şirkət adları, bank əməliyyatları göstərilir.
demokratikmusavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.