Elvis Preslinin nadir "Cadillac" avtomobili hərracda gözlənilmədən ucuz qiymətə satılıb

21-10-2018, 08:53           
Elvis Preslinin nadir "Cadillac" avtomobili hərracda gözlənilmədən ucuz qiymətə satılıb
Rok-n-roll kralı Elvis Preslinin nadir "Cadillac de Ville Estate Wagon" avtomobili Avstriyanın Zalsburq şəhərində, "Dorotheum" hərracında planlaşdırıldığından daha ucuz qiymətə satılıb.

Bu barədə "Report" "Local" portalına istinadən xəbər verir.

Məlumata görə, təşkilatçılar 1972-ci ildə istehsal olunmuş retro nəqliyyat vasitəsini azı 100-200 min avroya satmağı planlaşdırıblar. Lakin avtomobil 69 min avroya satılıb.

Bildirilir ki, hərracdakı digər avtomobillər kifayət qədər baha satılıb. Məsələn, 1971-ci ilə məxsus "Mercedes-Benz 280 SE 3.5 Coupe" 89,7 min avroya, 1965-ci ilin istehsalı olan "Lancia Flaminia Super Sport 3C 2.8 Zagato" isə 339 min avroya satılıb.

KİV-in məlumatına görə, Preslinin avtomobilinin keçmiş sahibi sazişdən 5 min avroya yaxın qazanıb.

"Cadillac de Ville Estate Wagon" məşhur müğənninin idarə etdiyi sonuncu avtomobil olub. Presli onunla 100 min kilometr məsafə qət edib.

Avtomobil həm də Amerikanın "Sunroof" şirkətinin onu sedan "Deville" bazası əsasında istehsal etdiyi iki nəqliyyat vasitəsindən biri olması ilə nadir sayılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.