Polşada ölkə tarixində rekord çəkiyə malik naqqa balığı tutulub

21-10-2018, 09:03           
Polşada ölkə tarixində rekord çəkiyə malik naqqa balığı tutulub
Polşanın Tıxı şəhərinin sakini Şimon Novoveyskiy rekord ölçüdə naqqa balığı tutub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, nadir ölçüyə malik su heyvanının çəkisi 100 kiloqramdan çoxdur. Balıq 260 santimetr uzunluğa malikdir.

Balıqçı bildirib ki, o, qeyri-adi ölçüyə malik heyvanı sudan çıxarmaq üçün peşəkar balıqçı avadanlığının köməyindən istifadə edib. Bu, Polşa tarixində tutulmuş ən böyük naqqadır.

İri balıq ölkənin cənubunda, Rıbnitski körfəzində tapılıb.

Qeyd edək ki, bir neçə il əvvəl Şimali İtaliyada da Dino və Dario Ferrari adlı iki qardaş uzunluğu 2,7 metr və çəkisi 127 kq olan naqqa balığı tutmağa müvəffəq olublar. Həmin balığın təqribən 30 yaşı vardı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.