“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

21-10-2018, 09:19           
“Qarabağ”a texniki məğlubiyyət verilə bilər
“Qarabağ” klubuna “Səbail”lə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçı ilə əlaqədar texniki məğlubiyyət verilə bilər.

“Report”un məlumatına görə, buna səbəb Ağdam komandasının oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunmuş oyunöncəsi heyətlərdə Abbas Hüseynovun adı göstərilməyib. Lakin baş məşqçi Qurban Qurbanov Hüseynovu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb.

Qeyd edək ki, görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatirladaq ki, AFFA İntizam Komitəsi bir neçə gün əvvəl “Səbail-2” komandasına texniki məğlubiyyət verib. Buna səbəb I Divizionun VI turunda səfərdə “Qarabağ-2” ilə matçda komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçunun iştirak etməsidir. Klub 800 manat məbləğində cərimə olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.