İmişlidə rəzalət:”Müstəqillik Günü”nə həsr olunmuş tədbirə gələn 100-dən idmançını Olimpiya Kompleksindən qovub qapıları bağladılar

21-10-2018, 13:51           
İmişlidə rəzalət:”Müstəqillik Günü”nə həsr olunmuş tədbirə gələn 100-dən idmançını Olimpiya Kompleksindən qovub qapıları bağladılar
İmişli Olimpiya Kompleksində “Dövlət Müstəqillik Günü”nə həsr olunmuş kikboksinq çempionatı İmişli rayon Gənclər və İdman idarəsinin müdiri Ceyhun Abdulov tərəfindən yarımçıq saxlanılıb.

Avropa.info-nun məlumatına görə, 20-21 oktyabr tarixində 12-dən çox şəhər və rayonun, 100-dən çox azyaşlı və yeniyetmələrdən ibarət komandalarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan “Dövlət Müstəqillik Günü”nə həsr olunmuş kikboksinq çempionatını İmişli rayon icra başçısının müavininin tapşırığı ilə ləğv edilib. Səhər saat 10:00-da İmişli Olimpiya Kompleksinin əməkdaşları qapıları bağlayaraq çempionata gələn idmançıları içəri buraxmmayıb “İmişli rayon icra başçısının müavini Səfa Ağayev göstərişidir” deyiblər.

Səfa Ağayev

Hadisə ilə bağlı əməkdaşımız Səfa Ağayevlə əlaqə saxlayıb. Səfa Ağayev “Mən belə bir tapşırıq verməmişəm, sadəcə rayona gələn qonaqlar üçün Kompleksin yataqxanasında 32 nəfərlik yer istəmişik” deyə qeyd edib.

Belə ki, ölkə başçısının daim idmana göstərdiyi qayğını görməzdən gələn İmişli Rayon Gənclər və İdman idarəsinin müdiri Ceyhun Abdulov, “Dövlət Müstəqillik Günü”nə həsr olunmuş kikboksinq çempionatının keçirilməsinə mane olub.

İmişlinin fəal gənclərinin şəxsi təşəbbüsü ilə keçirilən intellektual oyunlar və idman çempionatlarını öz idarəsinin “gördüyü işləri” kimi hesabatına qatan Gənclər və İdman İdarəsinin müdiri kimə və nə üçün lazımdır?

Ceyhun Abdulov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.