"Hope Lake" restoranında kütləvi zəhərlənmə - bir ailənin 7 üzvü xəstəxanaya düşdü

21-10-2018, 17:24           
"Hope Lake" restoranında kütləvi zəhərlənmə - bir ailənin 7 üzvü xəstəxanaya düşdü
Ailə evə qayıtdıqdan sonra onlarda zəhərlənmə əlamətləri biruzə verib.
Zaqatala rayonunda baş vermiş kütləvi zəhərlənmənin ailəvi istirahət mərkəzlərindən birində qeydə alındığı ehtimal edilir.

Zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-nin Yolxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər ötən gün axşam saatlarında rayonun Qazangül inzibati ərazisində fəaliyyət göstərən "Hope Lake" ailəvi istirahət mərkəzində olublar.

Onlar ailəvi istirahət mərkəzində xəmir xörək və digər qidalar qəbul ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.
report.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.