Məhkəmə 4 ildir qərar çıxara bilmir - Ötürə ötürə gedirlər......

24-11-2020, 12:30           
Məhkəmə 4 ildir qərar çıxara bilmir - Ötürə ötürə gedirlər......
Bakıda evini yağış uçuran vətəndaşın sığorta şirkətindən ödənişi almaq üçün etdiyi müraciət üzrə məhkəmə prosesi üç ildir ki davam edir.

Mubahise.az xəbər verir ki, vətənaş Əvəz Əsgərov 2017-ci il may 25-də Bakı şəhəri, Günəşli yaylası döngə 1-də yerləşən fərdi yaşayış evini “Paşa Sığorta” ASC-də sığortalatdırıb. Sığortanın məbləği 25 min manat müəyyənləşdirilib.

Təxminən 20 gün sonra, iyunun 14-dən 17-dək 3 gün ərzində Bakıya aramsız yağışlar yağıb, nəticədə torpaq sürüşməsi səbəbindən evin divarları çatlayıb və yararsız vəziyyətə düşüb. Evə 100 min manatlıq ziyan dəyib. Lakin “Paşa Sığorta” 25 min manatlıq ödənişi etməkdən imtina edib.

Bununla bağlı məhkəmə işi 2017-ci il iyulun 27-də start götürüb. Qanuna görə, birinci instansiya məhkəməsində işin baxılma müddəti üç ay olsa da, iş 3 ildir ki, Nəsimi rayon məhkəməsində “karusel”ə mindirilib.

Əvvəllər bu işə baxan hakimlərdən Emin Mehdiyev Bakı Apellyasiya, Pərviz Hüseynov isə Bakı İnzibati Məhkəməsinə təyin olunub.

Onların xələfi Rəşid Səmədov isə bir neçə aydır bir işi bitirib qərar çıxara bilmir.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.