"Real Madrid" kataloniyalılar üzərində minimal hesablı qələbə qazandı
23-09-2018, 11:25
İspaniya La Liqasında beşinci turun növbəti oyunları keçirilib.
Trend-in məluatına görə, "Real Madrid" klubu Kataloniya təmsilçisi "Espanyol" komandasını qəbul edib.
"Santyaqo Bernabeo" stadionunda keçirilən görüş "kral" klubunun minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyundakı yeganə qolu 41-ci dəqiqədə Marko Asensio vurub.