Kremldən İsrailə zərbə: Suriyadakı fəaliyyət...

23-09-2018, 11:56           
Kremldən İsrailə zərbə: Suriyadakı fəaliyyət...
Rusiyanın İl-20 təyyarəsinin vurulmasına cavab tədbirləri çərçivəsində rəsmi Moskva İsrail Hərbi Hava Qüvvələrinin Suriya ərazisindəki uçuş sahəsini məhdudlaşdıra bilər.

Axar.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri yazıb.

Nəşrin yazdığına görə, İsrail ordusu Rusiyanın hava sahəsini bağlamaq qərarının yalnız bir həftə ilə məhdudlaşacağına ümid edir. Belə ki, rəsmi Moskvanın sözügedən sanksiyaları genişləndirməsi və Suriyanın şimalında öz hərbi bazaları yaxınlığında uçuşları qadağan etməsi İsrail aviasiyasının paytaxt Dəməşqin şimalına hücumlarını da mümkünsüz edə bilər.

Bundan əlavə bu cür tədbirlər Suriyada rejim qüvvələri və Hizbullah üçün təhlükəsiz zona yaranmasına və İranın regionda mövqelərini gücləndirməsinə də səbəb ola bilər.

Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. Rusiya bunda Suriyanı vuran İsrail qırıcılarının Rusiya təyyarəsinin yaxınlığında “gizlənməsini” səbəb kimi göstərib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.