Neymar uşağı ağlatdı - FOTO

26-09-2018, 08:32           
Neymar uşağı ağlatdı - FOTO
Fransa Liqa 1-in 6-cı turu çərçivəsində keçirilən “Renn” - PSJ matçında maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Neymar 90+1-ci dəqiqədə əvəzlənən zaman meydana bir uşaq daxil olaraq, ondan formasını istəyib. Uşaqla birlikdə meydanı tərk edən Neymar, sonda formasını ona hədiyyə edib. Sevincindən ağlayan uşaq, polislərin müşayiəti ilə meydanı tərk edib.

“Renn” - PSJ matçı parislilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.