Bakıya uçan təyyarədə bomba həyəcanı: Partladacağam!

26-09-2018, 08:47           
Bakıya uçan təyyarədə bomba həyəcanı: Partladacağam!
Sentyabrın 24-ü günorta saatlarında Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsində insident yaşanıb. Təyyarəyə sərxoş vəziyyətdə minən Krasnoyarsk vilayətindən olan 51 yaşlı sərnişin hava gəmisini partladacağı ilə hədələyib.

Report xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyat İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, kişi Bakıya birbaşa aviareyslə uçmaq üçün Krasnoyarskdan Novosibirskə gəlib. Krasnoyarsklı "S7" aviaşirkətinə məxsus təyyarəyə uçmağa hazırlaşan zaman stüardessadan onu ekanom sinfli oturacaqdan biznes sinfi olan hissəyə keçirməyi tələb edib. Sərnişin rədd cavabı aldıqda isə qışqıraraq deyib:

"Məndə bomba var! Sizin hamınızı partladacağam!".

Bu zaman heyət komandiri dərhal uçuşu təxirə salıb və polis çağırıb. Sərnişinlər təxliyyə olunub. Hava gəmisində xidməti itin köməkliyi ilə axtarış aparılıb. Lakin heç bir partlayıcı maddə aşkar olunmayıb. Sonda təyyarə iki saat gecikmə ilə Bakıya yola salınıb.

Sözügedən sərnişin saxlanılıb. Ona qarşı cinayət işi açılıb. İndi sərnişini 5 ilədək həbs cəzası gözləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.