Əbülfəz Məlikovun fəaliyyəti araşdırılır - İDDİA

26-09-2018, 11:15           
Əbülfəz Məlikovun fəaliyyəti araşdırılır - İDDİA
"Transbroker" MMC-nin fəaliyyəti araşdırıla bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

Qaynaq iddia edir ki, son zamanlar gömrük sisteminin hesabatlarını təftiş edən maliyyə nazirliyinin və Hesablama Palatasının ekspertləri ortaya ilginc faktı çıxarıblar.

Mənbənin dia.az-a söylədikləri: "Aydın olur ki, fəaliyyətdə olduğu müddət boyunca "TransBroker" adından büdcədən külli miqdarda vəasit yayındırılıb ki, həmin artıqlar indi DGK-nin hesabatında özünü əks etdirir. Təbii ki, bu araşdırmanın yekunları hüquqi müstəviyə daşınarsa "TransBroker"in rəhbəri Əüblfəz Məlikov üçün yaxşı nələrsə baş verməyəcək".

Qeyd edək ki, belə bir şəraitdə Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Əbülfəz Məlikovu qoruya biləcəyi inandırıcı görünmür. Xatırladaq ki, Səfər Mehdiyevlə "TransBroker" şefi ortaq hərəkət edir və görünəni odur ki, əvvəlki fəaliyyətində də Məlikov Mehdiyevə sığınıb.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.