«AZƏRIŞIĞIN» ÜZQARASI-XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏSI-VİDEO FAKT

26-09-2018, 15:11           
«AZƏRIŞIĞIN» ÜZQARASI-XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏSI-VİDEO FAKT
Ramil Məmmədov: “Rəhbərlikdən tapşırıq verilməzsə, mən kimisə qəbul edə bilmərəm”
Bir müddət bundan öncə Deryaz.az saytının redaksiyasına Xaçmaz rayonu, Ağtala kəndi, Yeni yaşayış massivi adlanan ərazidə məskunlaşan sakinlər tərəfindən daxil olan müraciət əsasında tənqidi açıqlama dərc etmişdik. Problemin mahiyyəti haqda yazıb qeyd etmişdik ki, aidiyyəti dövlət qurumları adı çəkilən ərazidə məskunlaşan sakinlərin ünvanladıqları müraciətləri indiyə kimi qulaqardına vurduqlarından, bu gün də onların tələb etdikləri problem həllini tapmayıb. Məsələnin mahiyyəti haqda məlumatı olmayan çoxsaylı oxucularımız elə düşünə bilərlər ki, Ağtala kəndi, Yeni yaşayış massivi adlanan ərazidə məskunlaşan sakinlərin elektrik enerjisi ilə təminatında hansısa problemlər var. Yox, əslində bu heç də belə deyil. Problemin mahiyyəti ondan ibarətdir ki, Yeni yaşayış massivi adlanan ərazidə 200 ədəd fərdi yaşayış evi tikilib, yaxın vaxtlarda isə, yeni ayrılmış torpaq sahələrində daha 80 ədəd fərdi yaşayış evlərinin inşa olunacağı gözlənilir. Problemin kökündə sakinlərin yaşadıqları evlərin yaxınlığına basdırdırdıqları ağac dirəklərin ötən illər ərzində çürüməsi və bu gün də uçmaq təhlükəsi ilə üz-üzə qalmasıdır. Deryaz.az saytının əldə etdiyi müəyyən məlumatlara görə, Yeni yaşayış massivi adlanan ərazidə məskunlaşan sakinlər yaşadıqları evlərin yaxınlığına müəyyən standartlara cavab verən yeni elektrik dirəklərinin basdırılması, eyni zamanda köhnə elektrik naqillərinin yeni kabellərlə əvəzlənməsi məqsədilə Xaçmaz RİH Aparatına, Xaçmaz rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyinə dəfələrlə müraciətlərini ünvanlasalar da, təəssüflər olsun ki, sakinlərin müraciətləri indiyə kimi nəticəsiz qalıb. Əldə etdiyimiz başqa bir məlumata görə isə, ərazidə məskunlaşan sakinlərdən hər biri elektrik enerjisindən istifadəyə görə texniki şərt də əldə ediblər. Bundan əlavə, Xaçmaz Elektrik Şəbəkənin əməkdaşları sakinlərdən istifadə olunan elektik enerjisinə görə əmələ gələn borcları toplayan zaman, ərazidəki real mənzərəni öz gözləri ilə görürlər və onların üz-üzə qaldıqları problemin həlli istiqamətində heç bir əməli addımlarını da atmırlar.
Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bir neçə gün bundan əvvəl Deryaz.az saytının əməkdaşları Xaçmaz rayonu, Ağtala kəndi, Yeni yaşayış massivi adlanan ərazidə olub problemin varlığını öz gözləri ilə görürlər və müəyyən çəkilişlər də həyata keçirirlər. Az sonra isə “Azərişıq” ASC-i mətbuat xidmətinin rəhbəri Tanırverdi Mustafayevlə əlaqə saxayıb, bir daha problemin mahiyyətini onun diqqətinə çatdırırlar. O halda adı çəkilən qurumun rəsmisi “Mən Xaçmaz rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ramil Məmmədova zəng edib bildirərəm. Yaxşı olar ki, onunla görüşün və problemin mahiyyətini birlikdə müzakirə edin ki, dərc olunacaq açıqlamada qarşı tərəfin də mövqeyi işıq üzü görsün”. Təəssüflər olsun ki, bir qədər vaxt keçdikdən sonra Tanırverdi Mustafayevə zəng çatmır və belə olduqda Deryaz.az saytının əməkdaşları Ramil Məmmədovla əlaqə saxlamalı olurlar. Daha xoşagəlməz hal o olur ki, Xaçmaz rayonu Enerji Təchizatı və Satışı İdarəsinə rəhbərlik edən bu şəxs “Rəhbərlikdən tapşırıq verilməzsə, o halda mən kimisə qəbul edə bilmərəm” deməklə, belə bir mövqeyini ortaya qoyur. Məsələnin daha düşündürücü tərəfi o olur ki, Xaçmaz rayonu ərazisində strateji bir sahəyə rəhbərlik edən vəzifə sahibi bu cür mövqeyini ortatya qoyur, əslində belə bir mövqe də heç cür başadüşülən hal deyil. Çünki, Ramil Məmmədov belə bir mövqe nümayiş etdirməklə birbaşa KİV haqqında Qanunun tələblərini tapdaqlar altına atmış olur. O halda sual oluna bilər ki, nədən ölkə rəhbəri cənab İlham Əliyevlə bərabər, hakimiyyətin ən yüksək pillələrində vəzifə sahibi olan şəxslər heç bir halda media ümayəndələri ilə təmasdan qaçmırlar? Amma, Xaçmazın elektrik şəbəkəsinə rəhbərlik edən Ramil Məmmədov isə “Rəhbərlikdən tapşırıq verilməzsə, o halda mən kimisə qəbul edə bilmərəm” deyir. Bax budur bizi düşündürən, bizi götür-qoy etməyə vadar edən halın varlığı!
Yeni yaşayış massivi ərazisində məskunlaşan sakinlərə məxsus problemin ciddiliyi ondan ibarətdir ki, onların övladları təhsil aldıqları məktəbə gedib-gələrkən, uşaqlar aşmaq, yaxud da qırılmaq təhlükəsi ilə üz-üzə qalan elektrik dirəklərinin və naqillərinin yaxın olduğu ərazilərdən ötüb keçirlər. Bu da hər an xoşagəlməz faciələrin baş verməsi ilə nəticələnə bilər. Bir məqam yada salaq ki, xeyli vaxt bundan əvvəl ölkəmizin elektrik enerjisi ilə təminatında əmələ gələn problemlər səbəbindən, bütün sahələrdə bənzəri olmayan olaylar baş verdi. Yəni, müəyyən olaylar daXaçmaz rayonunun Ağtala kəndində baş verə bilər. Vəziyyətin ciddiliyinə baxmayaraq, hələ də problemlərin varlığına cavabdehlik daşıyan qurumlar susmaqdadırlar. Odur ki, həm əməli addımlar atmağın, həm də baş verə biləcək faciələrin qarşısını almağın zamanı çoxdan çatıb. Yoxsa, …

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

DERYAZ.AZ
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.