Marsda nəhəng həyat zonası tapdılar

26-09-2018, 15:19           
Marsda nəhəng həyat zonası tapdılar
ABŞ-ın Braun Universitetinin alimləri müəyyən ediblər ki, bir neçə milyard il əvvəl Marsda qeyri-üzvi maddələrin oksidləşməsi vasitəsilə enerji qazanan xemosentetik mikroorqanizmlərin mövcudluğu üçün şərait olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Science Alert” nəşri məlumat yayıb.

Tədqiqatçılar “Mars Odyssey” orbit aparatı vasitəsilə əldə olunan məlumatları araşdırıblar. Onlar dağlıq ərazilərdə toriy və kaliy kimi radioaktiv elementlər aşkar ediblər.

Araşdırmalar zamanı dörd milyard il əvvəl nə qədər toriy, kaliy və uran kimi maddələrin mövcudluğunu müəyyən etmək mümkün olub. Qeyd edilib ki, həmin dövrdə radioaktiv elementlər suyun radiolizasiyası üçün kifayət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.