Toruna iki qızıl külçə düşdü... -İnanılmaz

21-10-2018, 16:46           
Toruna iki qızıl külçə düşdü... -İnanılmaz
Balıq ovu zamanı hollandiyalı kişinin toruna 2 qızıl külçə düşüb.

Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərdə deyilir ki, külçələrin ümumi dəyəri 850 min avro olub.

Xəbərdə xatırladılır ki, oxşar olay 2017-ci ilin yayında İngiltərədə də baş verib. Nik Mid adlı bir kolleksioner 37 min dollara aldığı köhnə “T-54” tankının yanacaq bakında 2,5 milyon dollar dəyərində 5 qızıl külçə tapıb. Kişi belə qərara gəlib ki, bu, 1991-ci il Körfəz müharibəsi zamanı hərbçilərin talan etdiyi qızıl olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.