Şərurlu İsfəndiyarın qardaşı oğluna pul atan şəxsin məhkəməsində: - "O gəlsin......"

12-10-2015, 15:21           
Şərurlu İsfəndiyarın qardaşı oğluna pul atan şəxsin məhkəməsində: - "O gəlsin......"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesə şahidlər gəlməyib. Məhkəmə həmin şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edib. Əlavə olaraq, şahidlərin bir qismi ölkə xaricində olduqları üçün məhkəmə tərəfindən Dövlət Sərhəd Xidmətinə müraciət göndərilməsi ilə bağlı qərar qəbul edilib.
Hakim Azad Məcidov bildirib ki, təqsirləndirilən Araz Eyvazovun ölkəyə gətirdiyi malların siyahısının Dövlət Gömrük Komitəsində olan siyahısını çıxarılmasını istəyib. Bunun üçün həmin orqana müraciət ünvanlanıb.
Keçirilən prosesdə şahid qismində dindirilməsi üçün zərərçəkmiş Eldəniz Axundovun ( Şərurlu İsfəndiyarın qardaşı oğlu) maliyyə işlərini görən Səməd Abbasovun adı siyahıya əlavə edilib.
Təqsirləndirilən şəxs Araz Eyvazov məhkəməyə Emin Nəsirovun dəvət edilməsini istəyib. O bildirib ki, həmin şəxs özünü MTN-nin zabiti kimi təqdim edib və ona hədə qorxu gəlib, pul tələb edib.
Məhkəmə prosesi 14-də davam edəcək.
Qeyd edək ki, prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə, Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.
Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.