Virtual pullar bazarında QİYMƏTLƏR? - Bitkoin çökür

16-11-2018, 07:56           
Virtual pullar bazarında QİYMƏTLƏR? - Bitkoin çökür
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ötən ilin oktyabrından bəri ən aşağı həddə düşüb.

Trend-in məlumatına görə, bitkoin 5,6 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 11,52% azalaraq 5,623 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşıb.

Belə ki, "Ethereum" 14,33% və ya 176,97 dollaradək, "Ripple" 10,28% (0,4565 dollara qədər), "Bitcoin Cash" isə 18,04% (428,77 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 183,74 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.