Konqoda 7 BMT sülhməramlısı öldürülüb

16-11-2018, 08:00           
Konqoda 7 BMT sülhməramlısı öldürülüb
Konqo Demokratik Respublikasında BMT sülhməramlıları və Birləşmiş Demokratik Qüvvələr təşkilatının üzvləri arasında silahlı toqquşmalar olub.

Open.az xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayənsdəsi Stefan Cüjarrik bildirib.

Onun sözlərinə görə, toqquşmalar nəticəsində 7 BMT sülhməramlısı həlak olub, 10-u yaralanıb, 1-i isə itkin düşüb.

Həlak olan sülhməramlılardan 6-sı Malaviyadan, 1-i isə Tanzaniaydan olub.

S.Cüjarrik bildirib ki, onlar Şimali Kivuda sülhməramlı əməliyyatı zamanı öldürülüblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.