Qeyri-adi tapança - 449 dollara

16-11-2018, 08:25           
Qeyri-adi tapança - 449 dollara
“Axon” şirkəti “Pulse +” adlı innovativ elektroşok silahı hazırlayıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yeni qurğu polisi müstəqil çağıracaq. Bu isə atəş açılandan sonra baş verəcək.

Məlumata görə, silahdan istifadə zamanı onu istifadəçi smartfonu ilə sinxronlaşdırmaq tələb olunur. Atəş zamanı qurğu smartfonun polislə əlaqə yaratması və xilasetmə xidmətinə istifadəçinin olduğu yer haqqında geolokasiya məlumatlarının göndərilməsi üçün siqnal ötürəcək.

Bildirilir ki, elektroşok silahının hədəfi vurma radiusu 4,5 metr təşkil edir. İlkin modelin qiyməti 449 dollara bərabərdir. İstehsalçı şirkət atəşdən sonra hadisə yerində qalan silahın yenisi ilə əvəzlənməsinə zəmanət verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.