Qaçqınlar dövlətdən aldıqları yardımla öz ölkələrində milyonçu oldular – FRANSADA

18-11-2018, 09:02           
Qaçqınlar dövlətdən aldıqları yardımla öz ölkələrində milyonçu oldular  – FRANSADA
Qaçqın kimi sığındıqları Fransada dövlətdən aldıqları yardımla öz ölkələrində milyonçu olan Rumuniyadan olan ər-arvad saxlanılıb. AzEuroNews.com xəbər verir ki, rumuniyalı ər-arvad 1200 saxta hamiləlik sənədi ilə Fransa dövlətindən 1.7 milyon avro yardım alıb.

Fransanın Lille şəhərində baş verən hadisəni araşdıran polisin verdiyi məlumata görə, rumuniyalı ər-arvad bir şirkət qurublar. Özləri kimi qaçqınlardan istifadə edən ailə onların adından hazırladıqları 1200 saxta sənəd vasitəsi ilə Fransa dövlətindən təxminən 1.7 milyon avro yardım alıblar. Onlar həmin qeyri-qanuni yolla qazandıqları bu pullarla öz ölkələrində – Rumuniyanın bir neçə böyük şəhərində mənzillər alıblar.

Hazırda Lille şəhər polisi bu cütlüyün başqa cinayətlərdə iştirak edib-etməməsini araşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.