Bakıda liftdə qorxulu hadisə - ÇƏNƏSİ SINDI

19-11-2018, 10:47           
Bakıda liftdə qorxulu hadisə - ÇƏNƏSİ SINDI
Bakıda liftdə bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, Xətai rayonu Məzahir Rüstəmov küçəsi 2 ünvanındakı çoxmərtəbəli binanın 8-ci mərtəbəsində yaşayan 1988-ci il təvəllüdlü Nəsibov Ceyhun Famil oğlu liftə minərək evinə qalxarkən xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, lift yuxarı qalxarkən qəfil 4-cü mərtəbədə dayanıb. C.Nəsibov qapını aralayaraq oranı tərk etmək istəyərkən lift yenidən hərəkətə gəlib. Bu zaman 30 yaşlı kişi liftlə şaxtanın arasında qalıb və o, ağır xəsarətlər alıb. 1 saylı şəhər xəstəxanasına çatdırılan Ceyhunun çənəsinin və körpücük sümüyünün sındığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.