Toyda gənclər arasında kütləvi dava: - Kürəyindən bıçaqlandı

20-11-2018, 17:05           
Toyda gənclər arasında kütləvi dava: - Kürəyindən bıçaqlandı
Daşkəsəndə toyda gənclər arasında kütləvi dava olub.

Open.az-ın məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən "İlkin" şadlıq evində qeydə alınıb.

Adıçəkilən şadlıq evində təşkil olunmuş toy mərasiminə qatılan Əvəz Əzizov ilə Elvin Məmmədov arasında mübahisə düşüb. Mübahisə sonradan davaya keçib və onlar şadlıq evinin həyətinə düşüblər. Orada E. Məmmədov dostları - Rəvan və Adil adlı şəxslərlə birgə Əvəz Əzizovu döyüb.

Məsələdən xəbər tutan Ə. Əzizovun qardaşı Şahvələd İsgəndərov qisas məqsədi ilə Elvin Məmmədovu kürəyindən bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.İsgəndərov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.