Kaliforniyada meşə yanğınlarından sonra 11 nəfər itkin düşüb

6-12-2018, 07:02           
Kaliforniyada meşə yanğınlarından sonra 11 nəfər itkin düşüb
Müasir Kaliforniya ştatı tarixinin ən dağıdıcı təbiət yanğınları qurbanlarının sayında düzəliş edilib. Ölənlərin sayı 88 nəfərdən 85-ə qədər azaldılıb. Hazırda isə itkin düşmüş hesab edilən 11 nəfərin axtarışları davam etdirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ştatın Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatında qeyd olunur.

Bildirilir ki, Kaliforniyanın şimalında "Kemp" yanğınının başlaması anından itkin düşən 3 min 175 nəfərin yeri müəyyən edilib. Ölənlərə gəldikdə isə, məhkəmə tibb ekspertləri belə qərara gəldilər ki, aşkar olunan qalıqlar əvvəllər ehtimal ediləndən daha az adama məxsusdur.

Noyabrın 8-də başlamış yanğınlar 13 min 972 yaşayış evini, 528 kommersiya binasını və 4 mindən çox başqa təyinatlı tikilini məhv edib. Yanğınlar ştata milyard dollarlarla ziyan vurub.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.