Fransada silahlı hücum: 3 qadın yaralanıb

10-12-2018, 07:10           
Fransada silahlı hücum: 3 qadın yaralanıb
Fransada silahlı hücum nəticəsində 3 qadın bıçaq xəsarətləri alıb.

Trend-in AFP agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Müluz şəhərində baş verib. Bıçaqla silahlanan kişi şəhər vağzalında 28, 58 və 60 yaşında qadınlara hücum edərək, onlara xəsarət yetirib.

Silahlı şəxs tezliklə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara əsasən, o, ruhi bir xəstəlikdən əziyyət çəkir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.