Bu ölkədə hökumət yeni doğulan körpələri yataqla təmin edir -Maraqlı...

10-12-2018, 20:43           
Bu ölkədə hökumət yeni doğulan körpələri yataqla təmin edir -Maraqlı...
Hökumət yeni doğulan körpələri yataqla təmin edir.

Moderator.az xəbər verir ki, söhbət Finlandiyadan gedir. Yetmiş beş ildir dövlət hamilə qadınlara körpələr üçün verdiyi qutunun içində bütün əşyalar var. Bundan həm də yataq kimi də istifadə olunur. Bunu etməkdə isə dövlətin məqsədi körpə ölümlərinin qarşısını almaqdır. Bunun üçün qadınlara iki şey təqdim olunur: ya körpə üçün əşyalarla dolu qutunuseçirsən, ya da bunu istəməsən əvəzində 140 avro pul alırsan. Ancaq namizədlərin 95 faizi qutunu seçir.

Bu ənənə 1938-ci ildə başladılsa da, onda bu yalnız gəlirli ailələrə tətbiq edilib. 1949-cu ildə isə Finlandiya dövləti bunu əhalinin bütün təbəqələrinə tətbiq etməyə başlayıb. Qutuda körpəyə aid geyim və əşyalarla yanaşı, dövlət haqqında məlumatların yer aldığı kitabça da hədiyyə edilir. Qutunun verilməsində daha bir məqsəd insanlar arasında bərabərliyi bərpa etməkdir.

Xatırladaq ki, bizdə yeni doğulan uşağa görə anaya 110 manat südpulu verilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.