Konqoda Ebola virusuna yoluxanların sayı 500-ə çatıb

12-12-2018, 06:51           
Konqoda Ebola virusuna yoluxanların sayı 500-ə çatıb
Konqo Demokratik Respublikasında iyul ayının sonundan Ebola virusuna yoluxanların sayı 500-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Konqonun Səhiyyə Nazirliyinin Twitter səhifəsində bildirilir.

Məlumatda bildirilir: "Virusun aşkar edildiyi vaxtdan 500 yoluxma halı qeydə alınıb. Onlardan 452-si təsdiqlənib, 48-i isə yoxlanılır".

Virusa yoluxanlardan 289-u dünyasını dəyişib, 172-si isə sağalıb.

Avqustun 8-dən 44 447 nəfər vaksinasiya olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.