Azərbaycanda daha bir qadın öldürüldü- Başını kəsib su arxına atdılar

16-12-2018, 21:31           
Azərbaycanda daha bir qadın öldürüldü- Başını kəsib su arxına atdılar

Bu gün səhər saatlarında Ucar rayonunun Qaradağlı kəndində dəhşətli hadisə baş verib.

Teref.az-ın A24.Az-a istinadən əldə etdiyi məlumata görə, yaşayış məntəqəsindən keçən su arxında kənd sakini Həşimova Gülnaz Fuad qızının başı kəsilmiş meyiti tapılıb. Sakinlərin məlumatına görə, meyiti tapılan qadın yüngül həyat tərzi keçirirmiş. Onun 9 gün əvvəl itkin düşdüyü barədə polisə məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.