Daha bir şok: Ziya Məmmədov Azərbaycana qayıtmaq istəmir – Nə baş verir?!

19-10-2015, 10:54           
Daha bir şok: Ziya Məmmədov Azərbaycana qayıtmaq istəmir – Nə baş verir?!
Hazırda məzuniyyətdə olan və istirahət məqsədilə ölkə xaricinə gedən nəqliyyat naziri Ziya Məmmədov Azərbaycana qayıtmaq istəmir.

Bu barədə Arqument.Az-a etibarlı mənbədən bildirilib.

Mənbə bildirib ki, nazir müxtəlif kanallarla hakimiyyətin yüksək dairələrindən təhlükəsizliyinə təminat istəyib. "Son vaxtlar Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin bir-bir onun əlindən alınması hər kəsə məlumdur. Ziya Məmmədov faktiki olaraq, formal nazirə çevrilib. O, hökumət tədbirlərindən izolyasiya olunub. Mətbuata davamlı şəkildə belə məlumatlar ötürülür ki, Ziya Məmmədov Beynəlxalq Banka külli miqdarda borcuna görə hədəfə gəlib, onun həbs edilməsinin mümkünlüyü ilə bağlı xəbərlər son 10-15 gündə xeyli intensivləşib. Elə bu səbəbdən də nəqliyyat nazirinin öz gələcəyi ilə bağlı narahatlıq keçirməsi və ölkəyə qayıtmaq istəməməsi kifayət qədər realdır”, – deyə mənbə əlavə edib.

Hazırda nazirin Qərbi Avropa ölkələrindən birində və ya Türkiyədə olduğu yönündə informasiyaların dolaşdığını deyən qaynaq bildirib ki, o ilk növbədə müayinə və müalicə ilə məşğul olub: "Son aylar baş verənlər Ziya Məmmədovu xeyli yorduğundan və yıpratdığından nazir məzuniyyətə sağlıq problemlərinin həllindən başlayıb. Hazırda isə onun məzuniyyətinin bitməsinə 5 gün qalır. Oktyabrın 23-də o, işə çıxmalıdır. Ancaq bu o qədər real görünmür”.

Mənbə təxminən bir ay öncə Ziya Məmmədovun istefa ərizəsi yazdığı yönündə xəbərlərə də toxunub: "Bu informasiyaların təsadüfi yayıldığına inanmaq çətindir. Nəqliyyat nazirinin məzuniyyətə çıxdıqdan sonra belə bir ərizə yazdığı real görünür, bu isə onun Azərbaycana qayıtmaq istəmədiyi yönündə iddiaları doğrulayır”.

Xatırladaq ki, dünən axşam saatlarında gözlənilmədən milli təhlkükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılıb. Təxminən 3 saat sonra onun saxlanıldığı xəbəri yayılıb, bu xəbər rəsmi olaraq təsdiqlənməsə də, hələlik təkzib də edilməyib.

Artıq bir sıra media orqanları Eldar Mahmudovla Ziya Məmmədov arasında yaxın dostluq münasibətlərindən bəhs edirlər. Odur ki, MTN-in sabiq "şef”i inin görəvindən alınmasında nəqliyyat naziri ilə bağlı yaşananların hər hansı rolunun olub-olmadığı maraq doğurur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.