Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

11-01-2019, 07:48           
Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub
Fransanın şərqində qəzaya uğrayan "Mirage 2000D" qırıcı təyyarənin hər iki pilotu həlak olub.

Trend-in məlumatına görə, bu barədə Fransanın medafiə naziri Florans Parli bildirib.

Müdafiə Nazirliyi hər iki pilotun - kapitan Batist Şiryenin və qadın-leytenant Odri Mişlonun - öldüyünü təsdiq edib.

Müdafiə naziri həlak olan pilotların ailələrinə başsağlığı verib. İnsidentin təfərrüatları araşdırılır.

Qeyd edək ki, qırıcı təyyarə ilə əlaqə yanvarın 9-u kəsilib. Daha sonra təyyarənin qalıqları və pilotlardan birinin paraşutu tapılıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.