Bakıda ofisdə polis işçisi həlak olub

11-01-2019, 23:20           
Bakıda ofisdə polis işçisi həlak olub
Hazırda hadisə yerində operativ-istintaq-qrupunun üzvləri işləyir

Tabel silahından açılan atəş Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı üçün ölümcül olub.

Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumdur ki, yanvarın 11-də axşam saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinin ofisində odlu silahdan açılan atəş nəticəsində 35 yaşlı İlkin Tapdıqov iş yerində ölüb.

Hazırda hadisə yerində operativ-istintaq-qrupunun üzvləri işləyir. Baş verən hadisənin təfərrüatı araşdırılır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.