Fransa sahillərində Almaniyaya aid sualtı qayıq tapılıb

13-01-2019, 10:12           
Fransa sahillərində Almaniyaya aid sualtı qayıq tapılıb
Fransanın şimalında, Vissan şəhəri yaxınlığında Birinci Dünya müharibəsinə aid UC-61 alman sualtı qayığının qalıqları tapılıb.

Bu barədə "Report" "La Voix du Nord" nəşrinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, sualtı qayıq dənizdə güclü çəkilmə sayəsində aşkar edilib. UC-61 1917-ci ilin iyulunda suyun dayaz yerində ilişib.

"O, burada sahilə "oturub", çünki bu, mina gəmisi idi. Onun vəzifəsi minaları təyin etməkdən ibarət idi" – deyə qəzet bildirib.

Həmin vaxt sualtı qayığın 25 nəfərlik heyət üzvü təxliyyə edilib. Sualtı qayıq partladılıb ki, düşmənin əlinə keçməsin.

Daha əvvəl ABŞ-ın Miçiqan gölündə çimən iki qız Birinci Dünya Müharibəsindən qalmış bomba tapıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.