“Rusiya bu il AŞ PA-ya üzvlük haqqı ödəməyəcək” – Pyotr Tolstoy

16-01-2019, 07:19           
“Rusiya bu il AŞ PA-ya üzvlük haqqı ödəməyəcək” – Pyotr Tolstoy
Moskva 2019-cu ildə AŞPA-ya üzvlük haqqı ödəməyəcək. Bu barədə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Cenevrədə AŞ PA-nın başçısı Lilian Mori Paske ilə apardığı danışıqlardan sonra bəyan edib.

«TASS» agentliyinin xəbər verdiyi kimi, Tolstoy Paske ilə danışıqlarda AŞ PA-nın reqlamentinə təklif olunan düzəlişləri «nailiyyət» adlandırıb. Bu düzəlişlər müxtəlif səsvermələr zamanı ölkələrin nümayəndələrini səsdən qismən məhrum edir.

Tolstoyun sözlərinə görə, o və Federasiya Şurasının beynəlxalq münasibətlər komitəsinin başçısı bildirib ki, bu vəziyyət Rusiyanı qane etmir və Moskva belə oyunlar oynamayacaq. Tolstoy həm də hesab edir ki, Rusiya AŞ PA-nın yanvar sesiyasına nümayəndə göndərməli deyil.
Azpolitika












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.