Vladimir Putinə sui-qəsd cəhdi olub

16-01-2019, 13:26           
Vladimir Putinə sui-qəsd cəhdi olub
Rusiya Prezidenti Vladimir Putinə Serbiyaya səfəri zamanı sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı Armina Alibaşiç adlı bir nəfər tutulub.

“Report” xəbər verir ki, məlumatı Serbiyanın “Pravda” qəzeti yayıb.

Bildirilib ki, polis patrul xidmətinin əməkdaşı Armin Alibaşiçi Novi-Pazar şəhəri yaxınlığında Potok qəsəbəsindəki küçədə saxlayıb. Asayiş keşikçiləri onun bel çantasından şübhələniblər. Çantada optik nişangahlı tüfəng aşkarlanıb. Onun yaşadığı evdə aparılan axtarış nəticəsində partlayıcı qurğu üçün komponentlər aşkarlanıb.

Qeyd edək ki, yanvarın 17-də Rusiya Prezidenti Serbiyaya səfər edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.