İki azərbaycanlı “donuz qripi”nə yoluxdu

16-01-2019, 23:14           
İki azərbaycanlı “donuz qripi”nə yoluxdu
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda "donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.

59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.

Marneulidə 39 yaşlı qadının da "donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda "donuz qripi”ndən 17 nəfər ölüb.report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.