Youtube videolara qadağa qoyur

17-01-2019, 07:08           
Youtube videolara qadağa qoyur
Bu andan etibarən ciddi yaralanma təhlükəsi hiss edilən zarafatlar olan videoların yayımlanmasına icazə verilməyəcək

Youtube təhlükəli zarafatlardan ibarət olan videolara qadağan edib.

Sputnik Türkiyə xəbər verir ki, Youtube bəzən ölüm və ya yaralanma ilə nəticələnən videoların qadağan edilməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, “təhlükəli və ya duyğusal cəhətdən təsir edən videoların Youtube-da yeri yoxdur".

Açıqlamada qeyd edilir ki, Youtube hər zaman gülməli olanın, təhlükəli və ya zərərverici sərhədi aşmamasının təmin edilməsi siyasətinə sahib olub: “Buna görə də, ciddi zərərlə nəticələnə biləcək təhlükəli hadisələri təbliğ edən videoları qadağan edirik. Bu andan etibarən ciddi yaralanma təhlükəsi hiss edilən zarafatlar olan videoların yayımlanmasına icazə verilməyəcək”.

Açıqlamada uşaqların duyğusal narahatlıq yaşamasına səbəb olan zarafatlara da icazə verilməyəcəyini vurğulayıb.

Youtube zərərli materialları yığışdırmaq və mövcud qaydalara tam əməl edə bilməməkdə ittiham olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.