Dünyanın ən bahalı şirkətində ağlasığmaz hadisə: Zibil qutusundan ölü körpə tapıldı

17-01-2019, 21:26           
Dünyanın ən bahalı şirkətində ağlasığmaz hadisə: Zibil qutusundan ölü körpə tapıldı
ABŞ-ın aparıcı onlayn alış-veriş saytı sayılan “Amazon”un paylama mərkəzi binasındakı tualetdə yeni doğulmuş ölü körpə tapılıb. Şirkət ağıllara durğunluq verən hadisə ilə bağlı "Olduqca kədərli və faciəlidir"şəklində açıqlama verib.

Moderator.az xəbər verir ki, şirkətin ABŞ-ın Arizona əyalətindəki "Phoenix" şəhərində yerləşən paylama mərkəzi binasında qadınlar üçün olan ayaqyolunda zibil qutusunun içində yeni doğulmuş körpə cəsədi tapılıb. Hadisə yerinə polis və tibbi briqadaların gəldiyi və hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.