SON DƏQİQƏ: "Elmlər Akademiyası" stansiyasının çıxışı bağlandı

18-01-2019, 09:34           
SON DƏQİQƏ: "Elmlər Akademiyası" stansiyasının çıxışı bağlandı
"Bakı Metropoliteni" QCS-nin "Elmlər Akademiyası" stansiyasının əsas çıxışı bağlanıb.

Bu barədə Publika.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, stansiyanın əsas çıxışının bağlanmasına səbəb güclü küləklə bağlıdır: "İki gündür ki, Bakıda güclü şimal küləyi hökm sürür. Güclü külək stansiyanın giriş və çıxışlarında təhlükə yaradır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu günlərdə sərnişinlərin az olmasını nəzərə alaraq stansiyanın əsas çıxışı bağlanıb. Hazırda giriş və çıxış stansiyanın əsas girişi ilə həyata keçirilir".

B.Məmmədovin sözlərinə görə, proses nəzarətdədir: "Əgər sərnişin sıxlığı müşahidə olunarsa, əsas çıxış açılacaq. Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından hələ ki, sərnişin sıxlığı yoxdur"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.