Əri qadını qaz ilə döyərək öldürdü

18-01-2019, 09:45           
Əri qadını qaz ilə döyərək öldürdü
Kişi qadını iş görməməkdə və spirtli içki içməkdə ittiham edib.

Başqırdıstanda həyat yoldaşını qəribə üsulla öldürmüş vətəndaşın məhkəməsi olacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı kişi arvadı ilə birlikdə spirtli içki qəbul edib. Bu zaman ər ilə arvad arasında mübahisə başlayıb. Kişi qadını iş görməməkdə və spirtli içki içməkdə ittiham edib.

Mübahisə o qədər uzanıb ki, kişi kəsdiyi və axşam yeməyinə hazırladığı qaz ilə arvadını döyməyə başlayıb.

Hadisədən sonra qadın yatıb. Bir müddət sonra onun halı pisləşib və ölüb.

Kişi arvadının ürək tutmasından öldüyünü düşünsə də, ekspertizanın rəyinə görə qadın aldığı xəsarətlərdən ölüb.

Nəticədə kişi həbs edilib. O, əməlini etiraf edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.