Somalidə 50-dən çox terrorçu məhv edilib

20-01-2019, 09:58           
Somalidə 50-dən çox terrorçu məhv edilib
Somalidə Birləşmiş Ştatların endirdiyi hava zərbələri nəticəsində "Əş-Şabab" terror qruplaşmasının 50-dən çox yaraqlısı ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin Afrika komandanlığı məlumat yayıb.

Bildirilir ki, aviazərbə şənbə günü ölkənin cənubunda yerləşən Orta Cubba əyalətinin Cilib şəhəri yaxınlığında, terrorçulardan ibarət böyük bir qrupun Somali milli ordusuna hücumuna cavab olaraq endirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.