Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

20-01-2019, 10:00           
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib
Bakıda yanğın olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı, hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə və plastik qapısı yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.